Samuxda zəhərlənmə faktı qeydə alınıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində baş verib.

Belə ki, 2006-cı il təvəllüdlü kənd sakini F. Abbaszadə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info