Sumqayıtda 75 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Sülh küçəsində baş verib.

Yolu keçmək istəyən 1949-cu il təvəllüdlü Kifayət Əli qızı Məmmədovanı “ LADA” markalı avtomobil vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Fakla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info