Leqal.info nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 180 m² olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin iki otağı və mətbəxi 70 m² sahədə, mansardın yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Leqal.info