Gəncədə dəm qazından zəhərlənmə hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü D. Qafarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata əsasən, o, yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Leqal.info