Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

Leqal.info FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, bitişik ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları 2 m² sahədə, talvarın altında quraşdırılan 1 ədəd kombi aparatı və 1 ədəd su qızdırıcısı yanıb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info