Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

Leqal.info FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin birinci mərtəbəsinin dam örtüyünün konstruksiyaları, bitişik, sahəsi 400 m² olan talvarın yanar konstruksiyaları 150 m² sahədə və yaxınlıqda, ümumi sahəsi 80 m² olan birmərtəbəli evin dam örtüyü 10 m² sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 40 m² sahədə və 2 ədəd plastik qapı əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evinlərin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info