Leqal.info xəbər verir ki, Nərəcan kənd sakini, Təyyar Xəlilovun idarə etdiyi "Hyundai" markalı avtomobil 2011-ci il təvəllüdlü, 8-ci sinif şagirdi Turan Məcidovu vurub. Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəzanı törədən Təyyar Xəlilovun Turan Məcidovla həmkəndli və qohum olduğu bildirilir.
Məlumata əsasən, T.Xəlilov rayonda tanınmış iş adamıdır.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info