Leqal.info xəbər verir ki, insident rayonda yerləşən kafelərin birində baş verib.
Rayon sakini, 1991-ci il təvəllüdlü Cahangir Əlimərdanlı döş qəfəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info