Goranboyda bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Nizami kəndində baş verib.

Belə ki, kənd sakini 1987-ci il təvəllüdlü G. Abbasova boğazının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata əsasən, G. Nəcəfovanı aralarında baş verən mübahisə zamanı qardaşı 1993-cü il təvəllüdlü S. Nəcəfov bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info