Bakıda iki qardaş bıçaqlanıb.

Leqal.info xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

1989-cu il təvəllüdlü Amil Tağıvev mübahisə zamanı bıçaqla 1987-ci il təvəllüdlü Şahin Mehtiyev və 1986-cı il təvəllüdlü Tofiq Mehtiyevə bədən xəsarətləri yetirib.

Nəticədə xəsarət alan qardaşlar Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info