Bu gün səhər saatlarında 4 yaşlı Həbibova Mələk Nicat qızı Şəki "ASAN Xidmət" mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.

Leqal.info xəbər verir ki, azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info