Göyçayda minik maşını kanala aşıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Dövranlı kəndində baş verib. Hərəkətdə olan minik maşını kənd ərazisindən keçən Şirvan kanalına aşıb. Sürücü 1965-ci il təvəllüdlü Habil Talıbovun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info