Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində baş verib.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin 1997-ci il təvəllüdlü E.Həsənov hadisə yerində ölüb. Qeyd edək ki, qəzada dünyasını dəyişən şəxs polis kapitanı E.Həsənovdur.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info