Gəncədə bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü A.Musayeva başından bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Dərhal qadının yarası tikilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata əsasən, 32 yaşlı qadına həyat yoldaşı başından bıçaqla xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info