Gəncədə avtobus piyadanı vurub.

Leqal.info xəbər verir ki, şəhər ərazisində 4 saylı xətt üzrə işləyən sərnişin avtobusu 1947-ci il təvəllüdlü M.Nəsrullayevanı vurub. Xəsarət alan piyada xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info