Bakıda ər və arvad dəm qazından zəhərlənib.

Leqal.info xəbər verir ki, hadisə ötən gün paytaxtın Sabunçu rayonunda baş verib.

Məlumata əsasən, 1962-ci il təvəllüdlü Raşad Əliyev və arvadı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva yaşadığı Nardaran qəsəbəsindəki evdən dəm qazından zəhərləniblər. R.Əliyev hadisə yerində ölüb, arvadı isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info