Bakıda 27 yaşlı kişi dəm qazından ölüb.

Leqal.info xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Məlumata əsasən, 1999-cu il təvəllüdlü Aleksandr Bayramov yaşadığı Bakıxanov qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Sabirabad rayonunda da dəm qazından ölüm hadisəsi qeydə alınıb. Fevralın 10-da 1966-cı il təvəllüdlü Nəzakət Əhmədova yaşadığı Qaratəpə kəndindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Leqal.info