Masallı İdman Kompleksində idman edən kişi ölüb.

Leqal.info xəbər verir ki, hadisə fevralın 28-də baş verib. 1977-ci il təvəllüdlü Səbuhi Abbasov Masallı İdman Kompleksində idman edərkən halı pisləşib.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info