Şəmkirdə sərnişin qatarı gənc oğlanı vuraraq öldürüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Qazax sərnişin qatarı rayonun Zəyəm kəndi ərazisində Sabirkənd kənd sakini, 1998-ci il təvəllüdlü Eyyubov Malik Duman oğlunu vurub. Gənc aldığı xəsarətdən ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Leqal.info