Ağsuda intihar hadisəsi olub.

Leqal.info
APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kəndoba kəndində 1970-ci il təvəllüdlü Əliyev Əsgər Qardaşəli oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq öldürüb.

İki uşaq atası olan Əsgər Əliyevin özünə qəsd etməsinin səbəbi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, bu, Ağsuda son 12 gündə 3-cü intihar hadisəsi olub. Belə ki, yanvarın 23-də rayon sakini, 1951-ci il təvəllüdlü Abuzərov Ramiz Təvəkkül oğlu, yanvarın 24-də isə rayonun İlxıçı kənd sakini 1982-ci təvəllüdlü Kərimova Səbirə Tehran qızı özünü asıb.