Goranboy rayonunun Goran qəsəbəsində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.