Qusar rayonunun Əniğ kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən "Leqal.info"ya verilən məlumata görə, dekabrın 15-də saat 20 radələrində Qusar rayonunun Əniğ kəndi ərazisində kənd sakini Rəşad Əliverdiyev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmkəndlisi Orxan Cabbarovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.