9 avqust - Beynəlxalq Kitabsevərlər Günüdür.

Bu gün ABŞ-da mütaliə sevənlər arasında qeyri-rəsmi bayram kimi qeyd edilməyə başlansa da, qısa zaman içərisində dünyanın bir sıra ölkələrində də bəyənilərək, keçirilir. Nəticədə isə 9 avqust Beynəlxalq Kitabsevərlər gününə çevrilmişdir.

Bu günü kitabsevərlər yeni kitablar almaq, əvvəldən nəzərdə tutduqları maraqlı bir kitabın mütaliəsinə başlamaq, başladıqları kitabı məhz bu gün bitirmək və əlbəttə ki, dostlarına kitab hədiyyə vermək ilə qeyd edirlər. Bəziləri isə bilet alıb, dünyanın o biri başındakı ən məşhur kitabxanasını ziyarət etməklə, yaxud ən böyük kitab mağazasına getməklə keçirirlər.

Kitab – bəşəriyyətin ən böyük möcüzəsidir, desək yanılmarıq. Hər bir kitabsevər kitabın xüsusi ovsunu olmasını, hətta kitab qoxusundan zövq almağı belə söyləyə bilər. Hərçənd müasir dövr, mövcud vəziyyət həyatımıza öz qaydalarını gətirib. Artıq elektron kitablar, müxtəlif elektron resurslardan istifadə gündəmimizdə bəlli bir yer alıb. Amma yenə də hər bir evdə kitab rəfinin, balaca kitabxananın olması qədər əziz bir guşə yoxdur.

Kitaba sevginizin bitməməsi diləyi ilə bayramınız mübarək, əziz kitabsevərlər!

Müəllif: Arzu Məmmədova
UNEC KİM 24/7 kitabxanasının müdiri