“Biontech/Pfizer” peyvəndi koronavirusun mutasiyaya uğramış yeni növünə qarşı təsirli olacaq.

Leqal.info xəbər verir ki, “Pfizer” bu barədə Texas Universiteti Tibb Fakültəsi ilə əməkdaşlığı zamanı aparılan laborotoriya testlərindən sonra açıqlama verib.

20 nəfərdən götürülən qan nümunləri ilə aparılan testlərdə virusa qarşı istehsal olunan antikorların yeni mutasiyanı təsirsiz hala gətirdiyi təsbit edilib.

Məlumatı firmanın baş meneceri Filipp Dormitzer təsdiqləyib.

“İnsanları çox narahat edən bu mutasiyanın problem yaratmadığını görmək xoşdur”,- deyə şirkət rəsmisi bildirib.