Ermənistanın baş naziri Nikol Paşinyan Atis dağında İsa peyğəmbərin ən böyük heykəlinin ucaldılması barədə hökumətin razılıq verdiyini açıqlayıb.

Leqal.info xəbər verir ki, 77 metrlik heykəlin hündürlüyü Braziliyadakı məşhur İsa heykəlindən də çox olacaq.
Paşinyan bu heykəllə ölkəsinə çoxlu turist cəlb etməyi planlayır.
"Biz hesab edirik ki, bu layihə önəmli layihə kimi daha irəli çəkiləcək ki, tez planlaşdırılsın. Heç bir ölkədə belə bir heykəl yoxdur" - deyə o bildirib.