"Azərbaycan Dövlət Tərcümə Mərkəzi"ndən “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı ilə bağlı "Leqal.info"ya daxil olan məlumatı izləyiciləri məlumatlandırır.
“KORİFEYLƏR” rubrikasında – Fyodor Dostoyevskinin “Zavallılar” romanı;
“AZƏRBAYCAN ƏDƏBİYYATI” rubrikasında – Musa Yaqubun şeirləri;
“HEKAYƏ” rubrikasında – Nikolae Yesinenkunun “Bizim nəsil ağacımız” hekayəsi;
“SLOVAKİYA ƏDƏBİYYATI” rubrikasında – Peter Yaroşun “Ceviz”, “Ay bədirlənəndən sonra” hekayələri;
“POLYAK POEZİYASI” rubrikasında – Vislava Şimborskanın şeirləri;
“TÜRK DÜNYASI” rubrikasında – Timur Pulatovun “Mülk” hekayəsi;
“GÜNDƏLİK” rubrikasında – Virciniya Vulfun gündəlikləri;
“MEMUAR” rubrikasında – Vladimir Mayakovskinin məktubları;
“DUBLİN MÜKAFATI LAUREATLARI” rubrikasında – Kolm Toybinin “Bruklin” romanı;
“ÇAĞDAŞ RUS ƏDƏBİYYATI” rubrikasında – Vladimir Sorokinin “Snayperin səhəri”, “Ov mövsümünün açılışı”, “Ağ gözlü qara at” hekayələri;
“TEATR” rubrikasında – Harold Pinterin “Mətbəx lifti” pyesi və digər əsərlər ilə tanış ola biləcəklər.
“Xəzər”in oxucuları jurnalı Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:
Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid Prospekti, 19;
Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;
Kiosk Press – “İçəri şəhər” metrosu, İstiqlaliyyət küçəsi;
Kiosk Press – “Koroğlu” metrosu;
Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;
Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;
eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.