İngiltərədə 147 IQ-ya malik 4 yaşlı uşağın video və televiziya izləyərək ərəb və ispan dillərini öyrəndiyi bildirilib.

İngiltərənin Reading şəhərində yaşayan hindistanlı ailənin oğlu 4 yaşlı Saaşvat Arun öyrəndiyi dillər və IQ səviyyəsi ilə ölkənin gündəminə düşüb.
Baş ofisi İngiltərədə yerləşən istedadlar beynəlxalq təşkilatı Mensa-nın məlumatına görə, İQ 147 olan Aroon YouTube və televiziyaya baxaraq ispan və ərəb dillərini öyrənib.

Mensa-nın ən gənc üzvlərindən olan Saaşvatın atası Aroon Ramarajen İngiltərə mətbuatına açıqlamasında oğlunun heç bir təhsil almadığını və evdə hər şeyi təkbaşına öyrəndiyini deyib.

Oğlunun hər şeyi oxuyaraq və seyr edərək öyrəndiyini ifadə edən Ramarajen, əvvəlcə Saaşvatın yalnız çox tez öyrənmək qabiliyyətinə sahib olduğunu düşündüklərini, ancaq 1,5 yaşında kitab oxumağa başlayana qədər bu vəziyyəti ciddiyə almadıqlarını söyləyib.

Oğullarının televiziya və videolara baxmasını məhdudlaşdırdıqlarını ifadə edən Ramarajen, "Çünki bizimlə anlamadığımız dillərdə ispan və ərəb dillərində danışmağa başladı" deyib.

Saaşvatın ailəsi bildiriblər ki, aldıqları məsləhətlə onu 3 yaş yarımda İQ testindən keçirməyə qərar veriblər.

Valideynləri, sosial bacarıqlarını inkişaf etdirməyə davam edə bilməsi üçün Saaşvatı müxtəlif fəaliyyətlərə yazdırdığını söyləyib.

Digər tərəfdən, Mensa tərəfindən hazırlanan hesabatda Saaşvatın 7 yaşındakı uşaqlarla eyni səviyyədə rəqəmlərdən istifadə edə bilməsi, ona görə də yüksəldilməsi tövsiyə edilib.