Cinsi həyatın hər iki tərəfin də razı qalacağı şəkildə olması vacibdir. Əslində əlaqə zamanı bütün iplər qadının əlindədir. Bəs o zaman etdiyiniz bəzi xətaların qarşı cinsə mənfi şəkildə təsir etdiyini bilirsinizmi, xanımlar? Ailem.az seksdə qadınların etdikləri bəzi səhvləri diqqətinizə çatdırır.

Partnyoru məmnun etmək

Cinsi əlaqə zamanı qadınların ən çox etdikləri səhvlərdən biri partnyorun məmnun olmasına çalışmaqdır. Təbii ki, partnyorun məmnunluğu əhəmiyyətlidir, ancaq ilk növbədə öz zövqlərinizi ön plana çıxartmağa çalışmalısınız.

Bədəninizdəki erogen bölgələri kəşf etmək

Bədəninizdəki erogen bölgələrin kəşf edilməsini gözləməkdənsə bunları partnyorunuza söyləyin. Bu, seksi ikiniz üçün də daha keyfli hala gətirəcək. Belə davrandıqda həm özünüzü, həm də qarşı tərəfi xoşbəxt etmiş olursuz.

Qaranlıqda sevişmək

Aparılan anket sorğusuna görə, çox qadında kifayət qədər özünə inam olmadığı üçün sevişərkən özünü gizləmək istəyir. Artıq kilolardan, üzünüzdəki izlərdən və ya ayaqlarınızdakı çatlardan utanmaqdan əl çəkin. Kişilər cinsi əlaqə zamanı bunlara fikir vermirlər. Hər zaman özünüzə güvənin və bədəninizdəki qüsurlarla sevişmənin həzzini kəşf edin.

Səs çıxarmaqdan və danışmaqdan qorxmaq

Cinsi əlaqə əsnasında kobud danışıqdan və səs çıxarmaqdan qaçmayın. Sizin ayıb olaraq düşündüyünüz şeylər partnyorunuzun həzzini qatbaqat artıracaq. Ona etmək istədiyiniz şeyi heç çəkinmədən söyləyin. Kimsə eşidər, partnyorum mənə qəribə baxar kimi yanlış fikirlərə düşməyin.

Fantaziya dünyanızın qapılarını açın

Demək olar ki, hər qadının ağlında partnyoruna deməkdən çəkindiyi fantaziyalar var. Əgər yoxdursa da, mümkün olduqca seks həyatınızı rəngləndirməyə çalışın. Partnyorunuzun fantaziyaları gülməli və qeyri-adi gəlsə belə, ona qəribə baxmayın.
Yeniliklərə açıq olun və zövq alacağınız seks pozalarından istifadə etməyə çalışın.

Leqal.info