Leqal.info Milli.Az-a istinadən bildirir ki, səbəb ümumdünya domen adları sisteminin müdafiəsində kodların və qurğuların yenilənməsidir.
İP-ünvanlar və Domen Adlarının İdarə Olunması Korporasiyası (İCANN) bəyan edib ki, internetdə domen adları sisteminin müdafiəsi olan kriptoqrafik açarların dəyişdirilməsi və yenilənməsi ilə bağlı tarixdə ilk əməliyyat hazırlaşır.
Yeni açarlara (Key Signing Key, KSK) keçid oktyabrın 11-də olacaq.