Leqal.info Milli.Az-a istinadla xəbər verir ki, Ramilə Çələbi "Instagram" hesabında çəkiliş meydançasından fotoları paylaşaraq məlumat verib.
İmran İvan Urqantın canlandırdığı "Boris Vorobyov"un oğlu rolunu oynayacaq.
Qeyd edək ki, serialın çəkilişləri hələ də davam edir.
Onu da bildirək ki, İmran Çələbi valideynləri ilə Sank-Peterburqda yaşayır. O, indiyədək müxtəlif brendlərin reklam çəkilişlərində iştirak edib, dəfələrlə podiuma çıxıb.