İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm və mədəni irsin təşviqi sektorunun böyük məsləhətçisi, Tarix elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Kamil İbrahimov bu gün koronavirusdan dünyasını dəyişib.

Leqal.info xəbər verir ki, bu barədə İdarənin mətbuat katibi Səfayə Əhmədova məlumat verib. Bildirib ki, o, COVID-19-dan uzun müddət müalicə aldığı xəstəxanada vəfat edib.

59 yaşlı Kamil İbrahimov AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeologiya və Etnoqrafiya muzey-sərgisi”ndə elmi işçi kimi çalışıb. Alim həmçinin Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis Universitetinin professoru olub.