"Azərbaycana dahi sənətkarlar, mədəniyyət xadimləri bəxş etmiş Şuşa şəhərini dirçəltmək, buraya yeni nəfəs gətirmək çox zəruridir".

Bunu Leqal.info-ya açıqlamasında TÜRKSOY Baş katibi Düsen Kaseinov bildirib.

“Şuşanı dirçəltmək istəyirik. Azərbaycana o qədər dahi sənətkar bəxş etmiş şəhəri dünyaya tanıtmaq istəyirik. Bu mübarək yurda yeni nəfəs gətirməliyik. Biz təşkilat olaraq bunun üçün əlimizdən gələni edəcəyik” – deyə qurum rəhbəri vurğulayıb.

Xatırladaq ki, TÜRKSOY Daimi Şurasının bu gün Bursa şəhərində keçirilən növbədənkənar iclasında Türk Dünyası Mədəniyyət Paytaxtının 2023-cü ildə Şuşa şəhəri olacağı barədə qərar verilib.