"Leqal.info" xəbər verir ki, "Goldlady.X" MMC-nin direktoru Xanım Qurbanova vətənə xidmətə görə General Həzi Aslanov medalı ilə təltif edilib.

Tanınmış gənc iş adamı vətənə xidmət və ictimai fəaliyyətdə xeyrxah əməlləri ilə cəmiyyət tərəfindən yüksək səviyyədə qarşılanan Xanım Qurbanova hər zaman cəmiyyətə faydalı iş görmək özünün xüsusi hədəflərindən olub. Belə ki, Xanım Qurbanova Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə də yüksək diqqət və qayğı göstərərək mütəmadi onların durumları ilə maraqlanmışdır. Bu insani keyfiyyətləri gənc iş adamı Xanım Qurbanovada cəmləyən onun daxili və xarici mənəviyyatının sağlam olmasıdır. Xanım Qurbanova həyatı boyu öz ideyalarını real həyatda sübut edərək doğrultmuş, eyni zamanda rəhbərlik etdiyi "Goldlady" Gözəllik Mərkəzinə gələn xanımlara da daim yüksək səviyyədə xidmətlərin göstərilməsini əsas vacib amillərdən olduğunu bildirmişdir. "Leqal İnformasiya Agentliyi"nin təsisçi və baş redaktoru Elvin Mahmudov adından biz də Xanım Qurbanovanı bu sevincli xəbərə görə təbrik edirik, uğurlarının davamlı olmasını arzu edirik.
Leqal.info
Gənc iş adamı Xanım Qurbanova General Həzi Aslanov yubiley medalı ilə təltif olundu
Gənc iş adamı Xanım Qurbanova General Həzi Aslanov yubiley medalı ilə təltif olundu

VİDEO