Jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb.

Bu barədə Leqal.info-nun sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.

"Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Əvəz Zeynallının saxlanıldığı barədə sosial şəbəkələrdə məlumat yayılıb.