"Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən komandalar ikinci mərhələnin növbəti çalışmalarını yerinə yetiriblər.

"Leqal.info" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Çalışmanın şərtlərinə uyğun olaraq snayper cütlükləri əvvəlcə 25 metrədək məsafədə yerləşən hədəflərə tapançadan, daha sonra 800 metr məsafədə yerləşən xüsusi hədəflərə snayper tüfənglərindən atəş açıblar.