“Ən saf adam mənəm. Məndə biclik yoxdur. Adam var ki, sözdən söz tutur. Mən tutmuram, bədbəxtəm”.

Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Hər şey daxil” verilişində deyib. Sənətçi öz ünvanına təriflər yağdırıb.

Nadir şou-biznesdə dəb halına gələn “Həci sevgili” söhbətindən bəhs edib:

“Həcilər özləri elə şəraiti yaradıblar. Sidq ürəklə həmin ziyarətə gedib-gələnlərin adını batırıblar. İndikilər “hacıleyləklərdir”. Heç olmasa oranın adına hörmət etsinlər”.

Qeyd edək ki, şou-biznesdə bir çox müğənni “Həci” adlı şəxslə eşq yaşamasını gündəmə gətirib.