"Leqal.İnfo" Əlövsət Əsədov ilə müsahibəni təqdim edir.

-Salam Leqal.İnfo ailəsinə xoş gəldin. Saytımızın adət-ənənəsinə uyğun olaraq öncə Sizi Tanıyaq
-Salam. Çox sağ olun. Mən Əlövsət Əsədov Mirqamət oğlu 2003- cü il iyunun 10-da Sumqayıt şəhərində anadan olmuşam, 12 yaşımdan Xanəndəliklə məşğul oluram, 6 yaşımda 24 saylı tam orta məktəbə 1-ci sinfə daxil olmuşam, 2020-ci ildə məzun olmuşam.
-Əlövsət, Xanəndəliyə maraq səndə necə yarandı?
-Xanəndəliyə maraq 10 yaşlarımdan başlayıb, telekanallarda və hansısa tədbirlərdə muğam oxuyan insanları görəndə maraqla baxırdım və bu maraq getdikcə artdı. Xəyalım idi ki mən də onlar kimi oxuyum, beləcə xəyalımı gerçəkləşdirdim.
-İlk dəfə nə vaxt hiss etdin ki, Xanəndəlik qabiliyyətin var?
-İlk dəfə 14 yaşımda tədbirlərə getdim və ilk günlərdən artıq musiqi ritmini tuta bilirdim.
-Daha çox ifalarını hansı mənbədən izləyə bilərik?
-Daha çox YouTube və telekanallardan izləyə bilərsiniz.
-Hansı müsabiqələrdə iştirak etmisən?
-Bir çox müsabiqələrdə iştirak etmişəm. Ən son uğurum Sənin ulduzun yarışmasında 3-ci yerin qalibi olmağımdır.
-Hansı muğamı daha gözəl ifa edirsən?
-Muğamların hər birinə özünəməxsus sevgi var məndə. Amma, seçim etməli olsaq Azərbaycanımızın Milli Muğamlarından biri olan Şur muğamını daha gözəl ifa edirəm.