Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb.

“Leqal.info” nun məlumatına görə, hadisə “Altun” restoranında baş verib.
Belə ki, naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb