Aysun həyat yoldaşının ondan əvvəl evli olduğunu etiraf edib.

“Leqal.info” xəbər verir ki, bu barədə müğənni Aysun İsmayılova “Toliklə səmimi” layihəsində deyib.

Müğənni bildirib ki, Eşqin ondan əvvəl rus xanımla ailəli olub:

“O, buna cavanlıq səhvi deyir. Onların qız övladı da var. Eşqinlə tanış olanda onun ailəli olduğunu bilmirdim. Onlar biz ailə qurmadan 4 il əvvəl boşanıblar. Uşağı özümüzlə gəzməyə də aparmışam, görüşürük də. Qızcığaza hədiyyə də alıram”.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın toyu ötən ay olub. Eşqin Cəlilovla ailə quran Aysunun toyu dənizkənarı restoranların birində keçirilib.