Türkiyənin məşhur aktyoru Süreyya Gürsel Evren həyatını itirib.

“Leqal.info” Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyorun İstanbul Sancaktepedə qonaq kimi getdiyi evin 3-cü mərtəbəsindən yıxıldığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalar başladılıb.

Qeyd edək ki, aktyor “Masumlar Apartmanı”, “Baba” seriallarında rol alıb.