Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xalq artisti Gülyanaq Məmmədova ilə bağlı Fərman imzalayıb.

“Leqal.info” dövlət başçısının saytına istinadən xəbər verir ki, Fərmanla Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalçısı Gülyanaq Zakir qızı Məmmədova “Özbəkistan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev özbək müğənni Nəsibə Abdullayevanı “Azərbaycanın Xalq artisti” fəxri adı ilə təltif edib.