Müğənni İbrahim Tatlısəsin ilk həyat yoldaşı, oğlu Ahmet, qızları Güldən və Gülşənin anaları Adalet Tatlı Həccə gedib.

Leqal.info-nun Axşam.az-a istinadən xəbərinə görə, Urfada yaşayan Adaleti hava limanından oğlu yola salıb. Daha sonra isə sosial şəbəkədə fotolarını paylaşaraq yazıb:

“Sən mənim anamsan… Şimalım, Cənubum, Şərqim, Qərbimsən! Sən bir yana, dünya bir yana! Səyahətin özün kimi gözəl keçsin!”.
Tatlısəsin ilk arvadı Həccə getdi