Axşam.az "Posta"ya istinadən xəbər verir ki, onlar arasında ən diqqət çəkəni müğənni İbrahim Tatlısesin paylaşımı olub.
O, illər əvvəl fəhlə işləyərkən çəkilmiş şəklini hesabında yerləşdirərək yazıb:
"Hekayəmin əvvəlində bir işçi idim, sonra iş adamı oldum. Amma işləməkdən heç vaxt yorulmadım. Əməyin və alın tərin yerini heç nə tuta bilməz. 1 may - Beynəlxalq Əmək Gününüz mübarək!"