Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Bu prosesin icrası ilə əlaqədar Azərbaycan Ordusunda olan qapalı hərbi şəhərciklərdəki əhalinin siyahıya alınmasının operativ və vaxtında aparılması istiqamətində Müdafiə naziri tərəfindən vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub və qısa müddət ərzində hazırlıq işləri başa çatdırılıb", - deyə məlumatda qeyd olunub.