"Azərbaycanda elə bir tolerantlıq mühiti formalaşıb ki, bu, bütün dünya üçün yaxşı nümunə ola bilər".

"Leqal.info" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə TASS-a müsahibəsində deyib.

"Bu vəziyyəti, əlbəttə ki, dövlət başçısı yaradıb", - o əlavə edib.

"Demək istəyirəm ki, Azərbaycanda fərqli reallıqlar, fərqli həqiqət yaradılıb. Təsəvvür edin ki, bu gün sünnilər və şiələr birlikdə namaz qılır, bunu Azərbaycandan başqa bir yerdə görə bilməzsiniz. Bizdə müsəlmanın kilsə və ya sinaqoqa getməsi, şam yandırması normal bir hadisədir. Eyni zamanda bəzən xristian və ya yəhudi icmalarının nümayəndələri bizə müraciət edir və onlara köməyimizi əsirgəmirik", - Qafqaz Müsəlmanları İdarəsinin sədri müsahibəsində bildirib.