Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
S.Əliyeva bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib və daim diqqət mərkəzində saxlanılıb:
"Azərbaycanın bu gün dünya ölkələri arasında müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkəmizdə aparılan hüquqi və institusional islahatlar nəticəsində insan hüquqlarının təmini və müdafiəsinə xidmət edən qanunvericilik bazasının, mühüm əhəmiyyətə malik hüquq müdafiə mexanizmlərinin formalaşdırılması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli lider tərəfindən təsdiq edilmiş və ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda ilk dəfə “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması” təsbit olunub. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul olunub".
"Bu gün Heydər Əliyev ideyaları yaşayır, Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətləri unudulmur. Ombudsman təsisatı da bu əbədiyaşar ideyaları rəhbər tutmaqla öz fəaliyyətini hüquqi dövlətin tələblərinə müvafiq olaraq aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında ardıcıl şəkildə və uğurla davam etdirir", - deyə Obmudsman Səbinə Əliyeva deyib.