Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər Rayon İcra Hakimiyyəti ilə bağlı sərəncam verib.

Leqal.info xəbər verir ki, sənədə əsasən, Azər Bəhlul oğlu Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Kəlbəcərin keçmiş icra başçısı Aqil Məmmədov mart ayında vəzifəsindən azad edilib. O, builki parlament seçkilərində 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib.