Trend-in məlumatına görə, bu sözləri Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev iyulun 14-də jurnalistlərə müsahibəsində deyib.
Müdafiə nazirinin müavini Kərim Vəliyev bildirib ki, bu gün səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov ön xətdə qəhrəmancasına şəhid olub. Onunla bir yerdə polkovnik İlqar Mirzəyev də şəhid olub. Bu, onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəssüf ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidlərimizə rəhmət, onların ailələrinə səbr diləyirik.