"Azərbaycan tankçılarının finala yüksəlməsi artıq bir nailiyyətdir".

Leqal.info bildirir ki, bunu açıqlamasında Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

"Azərbaycan tankçılarının Beynəlxalq Hərbi Oyunlarda finala yüksəlməsi artıq bir nailiyyətdir. Yarışları izləyəcəyik. Bəzi məqamlar var. Realist olmaq lazımdır. Tankçılarımız artıq öz məharətlərini göstərib", - o bildirib.

Qeyd edək ki, Rusiyada səfərdə olan Z.Həsənov "Tank biatlonu" Beynəlxalq Ordu İdman Oyunları çərçivəsində finala yüksəlmiş Azərbaycan tankçılarının yarışını izləyəcək.