Ermənistanın Azərbaycana hücumlarından bəri diqqətlə izlənən liderlərdən biri Rusiya Prezidenti Vladimir Putindir.

Leqal.info xəbər verir ki, bu sözləri türkiyəli köşə yazarı Əbdülqədir Səlvi qeyd edib.

O, V.Putinin Ermənistanın hücuma keçdiyi andan bəri, gözlənilənlərin əksinə, Ermənistana dəstək göstərmədiyinə diqqət çəkib. Hətta onun N.Paşinyanın düşdüyü çətin vəziyyəti uzaqdan izləməklə kifayətləndiyini diqqətə çatdırıb.

“Putin bu addımı ilə ABŞ və Fransa tərəfdaşı olan Paşinyanın burnunu yerə sürtmüş olub. Putinin Paşinyanı devirib rusiyapərəst birini hökumətin başına gətirib-gətirməyəcəyi isə bilinmir”, - Ə.Səlvi qeyd edib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsini kənardan izləyən Putinin nə zaman müdaxilə edəcəyi maraq dairəsindədir.

Qeyd edək ki, bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin doğum günüdür. Onun 68 yaşı tamam olur.